Tovuzda yeniyetmə qız yoxa çıxıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşüb.
A.Süleymanova Bozalqanlı kənd tam orta məktəbinin şagirdidir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, artıq Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilib və o Tovuz rayonuna gətirilib.
Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.
