İtaliya İsraillə müdafiə sahəsində imzaladığı razılaşmanı dayandırır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İtaliya Baş naziri Ciorcia Meloni bildirib.

 

“Mövcud vəziyyəti nəzərə aldıqda, hökumət İsraillə hərbi razılaşmanın avtomatik yenilənməsinin dayandırılması ilə bağlı qərar verdi”, – Meloni vurğulayıb.

“Ynet”ə danışan İsrail mənbələri isə sözügedən razılaşmanın təhlükəsizlik sazişi olmadığını, sadəcə anlaşma memorandumu olduğunu və o qədər də əhəmiyyət daşımadığını qeyd ediblər.