“PepsiCo Azərbaycan” MMC Azərbaycan dilinə hörmət etmir, dil normalarını pozur.

Heftelik.az xəbər verir ki, şirkətin istehsalı olan “Lipton” qazsız içkisi üzərində bir çox sözdə qramatik səhvlərə yol verilib.

Məsələn, “dadlı”- “dadli”, “təravətləndirici”- “təravətləndırıcı”, “Şaftalı”- “Şaftali”,  “qazsız” -“qazsiz”, “konservantsız”- “konservantsız” yazılıb. Bu kimi qramatik səhvlərin əhatə dairəsi genişdir.

Bütün bunlar göstərir ki, bu sadə qramatik səhvlər əslində səhvdən daha çox Azərbaycan dilinə hörmətsiz yanaşmanın, sayğısızlığın bur nəticəsidir. Bu da xüsusilə Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycan dilinin qorunması ilə bağlı dönə-dönə vurğuladığı fikirlərə də tamamilə zidd davranışdır.

Qeyd edək, “PepsiCo” mərkəzi Nyu Yorkda yerləşən ümumdünya qida və içki şirkətidir.

GPepsiCo şirkəti Azərbaycanda ilk zavodunu 2000-ci ildə Bakıda açıb. 2017-ci ildən etibarən Qəbələdə “PepsiCo” şirkətinin lisenziyası əsasında “Aqua-Minerale” suları, “Drive Me” enerji içkisi, “Mirinda” qazlı içkilər ailəsi istehsal olunur.