İran və ABŞ arasında danışıqların ikinci raundu böyük ehtimalla gələn həftənin sonunda İslamabadda keçiriləcək.
Heftelik.az xəbər verir ki, bu barədə anonim mənbələr “Geo News”a danışıb.
Bildirilib ki, Pakistan hökuməti aidiyyəti qurumlara görüş üçün logistik və təhlükəsizlik tədbirlərinin görülməsinə dair göstəriş verib.
Danışıqlarda ABŞ nümayəndə heyətini Vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və Cerad Kuşner, İran nümayəndə heyətini isə parlamentin sədri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin təmsil edəcəyi gözlənilir.
Bu arada Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir başçılıq etdiyi nümayəndə heyəti ilə İrana gedib. “Tasnim”in xəbərinə görə, məqsəd ABŞ-ın mesajını rəsmi Tehrana ötürmək və danışıqların ikinci raundunun planlaşdırılmasıdır. Bildirilir ki, nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
