ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmamasından təəssüflənib.

Heftelik.az xəbər verir ki, Donald Tramp “Fox Business”ə müsahibəsində Hörmüz boğazının “Tramp boğazı” adlandırılmayacağını, çünki bu fikrin dəstəklənmədiyini təəssüflə bildirib.

“Siz onu Hörmüz boğazı və ya Hörmüzün boğazı adlandıra bilərsiniz. Soruşdum ki, hansı daha yaxşıdır? Mənə cavab verdilər ki, hər ikisi uyğundur. Amma bu boğaza verə bilməyəcəyiniz yeganə ad “Tramp boğazı”dır. Onlar bunu xoşlamırlar. Lakin mən insanların xoşladığı bir şey etmişəm. O da bu idi ki, mən Meksika körfəzini aldım və onun adını Amerika körfəzi olaraq dəyişdirdim”, – Tramp deyib.