Müvafiq icra hakimiyyəti orqanları əlilliklə bağlı məsələlərə dair cəmiyyətin maariflənmə səviyyəsini yüksəltmək məqsədilə tədbirlər görür.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Əlilliyi olan şəxslərə hörmətlə yanaşmanın tərbiyə olunması əsas istiqamətlərdəndir. Cəmiyyət arasında müsbət təsəvvürlərin təşviqi aparılır. Peşə vərdişləri və qabiliyyətlərin tanınmasına köməklik göstərilir.
