Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Şəxs müvafiq qurum tərəfindən qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab olunur. Əlillik müddəti bitdikdən sonra təkrar qiymətləndirmə nəticəsində əlilliyi müəyyən edilən şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs sayılır. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq qurum təsdiq edir.
