Fiziki şəxslərin vergi uçotundan çıxarılması müəyyən hallarda mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Vergi Məcəlləsində nəzərdə tutulan fiziki şəxsin fəaliyyəti dayandırıldıqda bu prosedur tətbiq edilir.
Eyni zamanda ailə kəndli təsərrüfatının statusu itirildikdə və ya başçısı dəyişdikdə uçot ləğv oluna bilər.
Torpağa mülkiyyət hüququ başqa şəxsə verildikdə də bu prosedur mümkündür.
Bəzi hallarda məhkəmə qərarı əsasında da uçotdan çıxarılma həyata keçirilir.
Fiziki şəxsin vəfat etməsi də uçotun ləğv edilməsinə səbəb olur.
