Prokurorluq orqanlarında qulluq prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirməsi ilə bağlı həyata keçirilən xüsusi dövlət qulluğu növü hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Bu fəaliyyət prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilir.
Prokurorluq işçiləri səlahiyyətlərini icra edərkən qanunun tələblərinə əsaslanırlar.
Onlar yalnız səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidirlər.