Məişət zorakılığı ilə bağlı məlumat bankı müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.

Məlumat bankında zorakılıq halları, müraciət edən şəxslər və araşdırmalar barədə məlumatlar toplanır. Məlumat bankında məsuliyyətə cəlb edilmiş şəxslərin vəziyyəti və məhkəmə qərarları qeyd olunur. Akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti haqqında məlumatlar da saxlanılır.