
Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşı, rütbələr və xidmət illərinə görə əlavələrdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
İşçilər aylıq vəzifə maaşlarının 1,25 misli məbləğində əlavə alırlar.
Baş prokuror xüsusi əhəmiyyətli işləri yerinə yetirən işçilərə əlavə vəsait təyin edə bilər.
Pul mükafatları illik dövlət büdcəsində nəzərdə tutulmuş qaydada verilir.
