Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Vaxtından əvvəl və növbədənkənar rütbələr işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə verilə bilər.
Vəzifədə irəli çəkilən işçiyə bir pillə yuxarı rütbə verilə bilər.
Intizam tənbehi tətbiq edilmiş işçiyə rütbə intizam tənbehi götürülənədək verilmir.