Ailə kəndli təsərrüfatlarının başçıları üçün uçot zamanı əlavə sənədlər tələb edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Belə şəxslər şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Bundan əlavə ailə kəndli təsərrüfatının bələdiyyədə uçota götürülməsi barədə vəsiqə də təqdim olunur.
Həmin vəsiqə təsərrüfatın başçısına və ailə üzvlərinə verilir.
Sənədlər vergi orqanına ərizə ilə birlikdə təqdim edilir.
Bu prosedur kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin uçotunun aparılmasına xidmət edir.