Qaydalarda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan VÖEN barədə anlayış da izah olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bildirilib ki, VÖEN Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir.
Bu nömrə on rəqəmdən ibarət olur.
Birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu göstərir.
Sonrakı altı rəqəm vergi ödəyicisinin sıra nömrəsini ifadə edir.
Digər rəqəmlər isə xüsusi alqoritm və vergi ödəyicisinin hüquqi statusu əsasında formalaşdırılır.