Məlumat bankının təşkili və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Dövlət orqanları və yardım mərkəzləri zorakılıq halları ilə bağlı məlumatları təqdim etməlidirlər. Toplanan məlumatlar əsasında təhlil və ümumiləşdirmə materialları hazırlanır. Bu, tədbirlərin səmərəliliyinin qiymətləndirilməsinə xidmət edir.
