Qanunda istifadə olunan anlayışlar əlillik, əlilliyi olan şəxs və əlilliyə görə ayrı-seçkiliyi əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Əlillik şəxsin cəmiyyət həyatında tam iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını ifadə edir. Əlilliyi olan şəxs isə həmin maneələrlə üzləşən, o cümlədən 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Əlilliyə görə ayrı-seçkilik isə hər hansı fərqqoyma, məhdudiyyət və imtinanı əhatə edir.
