Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.

“Arsenal” İngiltərədə “Sportinq” komandası ilə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.

“Real” isə Almaniyada “Bavariya”nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:4.

Bununla da “Bavariya” və “Arsenal” yarımfinala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0

İlk oyun – 1:0

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 4:3

İlk oyun – 2:1

Qeyd edək ki, artıq “Atletiko” (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.