Müvafiq qurum əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə elektron reyestr aparır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Reyestr müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatlarından istifadə etməklə həyata keçirilir. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir. Qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.