Təhsil sistemində erkən yaşlardan başlayaraq uşaqlarda əlilliyi olan şəxslərin hüquqlarına hörmət tərbiyə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Əlilliyi olan şəxslərə həsr edilmiş tərbiyəvi-tanışlıq proqramları inkişaf etdirilir. Maarifləndirmə proqramları onların hüquq və ləyaqətinə hörməti möhkəmləndirir. Cəmiyyətin əlilliyi olan şəxslərin potensial imkanları barədə məlumatlandırılması təmin edilir.
