Parklanma yerlərinin 5 faizi əlilliyi olan şəxslər üçün ayrılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Bu yerlərdə yalnız müvafiq nişanlı nəqliyyat vasitələri qala bilər. Məqsəd əlilliyi olan şəxslərin nəqliyyatda rahatlığını təmin etməkdir. Dövlət bu qaydalara nəzarəti təmin edir.