Əlilliyi olan şəxslər ödənişli təhsil aldıqları müddətdə dövlət büdcəsi hesabına təhsil haqqı ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Məqsəd onların təhsil imkanlarını bərabər səviyyədə təmin etməkdir. Təhsil müddətində xüsusi tədris metodlarından istifadə edilir. Dövlət alternativ və gücləndirici ünsiyyət vasitələrinin təminatını da həyata keçirir.
