Bəzi hallarda vergi uçotundan çıxarılma məhkəmə qərarına əsasən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Məhkəmə fiziki şəxsi ölmüş və ya itkin düşmüş hesab edə bilər.
Həmçinin şəxsin fəaliyyət qabiliyyətini itirməsi barədə qərar verilə bilər.
Belə hallarda vergi orqanı müvafiq qərar əsasında uçotu ləğv edir.
Fiziki şəxs vəfat etdikdə isə ölüm haqqında şəhadətnamə təqdim olunur.
Bu sənəd uçotun ləğv edilməsi üçün əsas sayılır.