Torpaq mülkiyyətçilərinin vergi uçotu üçün ayrıca sənədlər tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bu şəxslər şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Bundan əlavə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd də tələb olunur.
Həmçinin torpaq sahəsinin planı və ölçüsünü göstərən sənəd əlavə edilməlidir.
Sənədlər vergi orqanına ərizə ilə birlikdə təqdim olunur.
Bu qayda torpaq mülkiyyətçilərinin uçotunun dəqiq aparılmasına imkan yaradır.
