Vergi uçotu ilə bağlı əsas sənədlərdən biri fiziki şəxsin uçotu haqqında şəhadətnamədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bu sənəd vergi ödəyicisinə əsasən elektron formada göndərilir.
Bəzi hallarda isə vergi orqanı tərəfindən kağız formada da təqdim oluna bilər.
Şəhadətnamədə fiziki şəxsin adı və VÖEN-i göstərilir.
Bu sənəd vergi orqanında uçota alınmanı təsdiqləyən rəsmi sənəd sayılır.
Onun verilməsi Vergi Məcəlləsində nəzərdə tutulan hallarda həyata keçirilir.