Prokurorluq işçisinin rütbəsi və vəzifəyə bərpa olunması məsələlərinə Azərbaycan Respublikası Baş prokuroru baxır.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmə də bərpa proseduruna müdaxilə edə bilər.
Bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud razılığı ilə bərabər vəzifəyə təyin edilir.
Digər qulluq məsələləri isə müvafiq yuxarı prokurorlar tərəfindən həll olunur.
