Avtomobil yolları, avtovağzallar, dayanacaq məntəqələri və terminallar avtomobil nəqliyyatının infrastruktur obyektlərinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda əksini tapıb.
Bu obyektlər sərnişin və yük daşımalarının rahat və təhlükəsiz həyata keçirilməsinə xidmət edir. Həmçinin, texniki-təmir sahələri və yanacaqdoldurma məntəqələri infrastrukturun vacib hissəsidir. Avtonəqliyyat vasitələrinə təminatlı xidmət göstərmək üçün bu obyektlər mühüm rol oynayır.
