Əlilliyi olan şəxslər bütün insan və vətəndaş hüquqlarına malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır. Faktiki bərabərliyi təmin etmək üçün konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Şəxs özü və ya nümayəndəsi vasitəsilə hüquqlarını müdafiə etmək məqsədilə şikayət edə bilər.
