Ağlabatan uyğunlaşma əlilliyi olan şəxslərin hüquqlarının digərləri ilə bərabər səviyyədə təmin olunmasını məqsəd qoyur.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Abilitasiya isə şəxsin mövcud potensialını maksimum inkişaf etdirməsini və yeni bacarıqların öyrədilməsini nəzərdə tutur. Qanun əlilliyi olan şəxslərə sosial, təhsil və iş imkanlarında müyəssərlik yaratmağı tənzimləyir. Universal dizayn və inklüziv təhsil anlayışları da qanunda əks olunub.
