Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər əmək fəaliyyəti hüququ vardır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Onlar sərbəst seçdiyi işdə və ya əmək bazarında iştirak edə bilirlər. Əmək münasibətlərində əlillik səbəbindən ayrı-seçkilik qadağandır. Məqsəd əlilliyi olan şəxslərin əmək bazarında bərabər iştirakını təmin etməkdir.