Yol-nəqliyyat, rabitə, mədəniyyət və məişət obyektləri əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşdırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanı uyğunlaşdırma qaydasını müəyyən edir. Obyektlərdə hərəkət, giriş və çıxış rahatlığı təmin edilir. Məqsəd əlilliyi olan şəxslərin cəmiyyət həyatında iştirakını asanlaşdırmaqdır.