Türkiyədə “Popstar” yarışmasına qatılaraq adını geniş kütlələrə tanıdan Rıza Tamerdən üzücü xəbər gəlib.
Heftelik.az xəbər verir ki, səhhəti qəfil pisləşən Tamer xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənilən musiqi yarışmalarından biri olan “Popstar”a qatılan Rıza Tamer dünən axşam saatlarında menecerinin Bodrumun Konacık məhəlləsində yerləşən evində özünü pis hiss edib.
Yuxuda nəfəsi tutulan Tamer təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun beyninə oksigen getmədiyi müəyyən edilib və həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Müğənninin mətbuat katibi isə bildirib: “10 dəqiqə əvvəl vəfat xəbərini aldım, şokdayam”.

