
Bakı Dəmiryol Vağzalının ərazisində yerləşən ayaqyolular pullu olacaq.
Həftəlik.az xəbər verir ki, artıq Vağzalın ərazisində yerləşən ayaqyollarının konfiqurasiyasında bir sıra dəyişikliklər edilib.
Bundan başqa ayaqyoluların önünə turniketlər qoyulub.
Hələlik ayaqyollarından istifadənin nə qədər olacağı barədə qeyd qoyulmayıb.
Xatırladaq ki, bundan əvvəl Vağzal ərazisindəki ayaqyoluları pulsuz idi.
Qeyd edək ki, dünyanın bir çox hava limanları və vağzallarında ayaqyoluları adətən pulsuz olur.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSCnin sədri Rövşən Rüstəmovdur. Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə bu vəzifəyə təyin edilib.




