Prokurorluq orqanlarında çalışan şəxslərə dövlət qulluğu ilə bağlı müəyyən normalar tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
“Dövlət qulluğu haqqında” qanunun bəzi müddəaları bu şəxslərə də aid edilir.
Buraya dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq prinsipləri daxildir.
Həmçinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları da tətbiq olunur.