Fiziki şəxs uçotdan çıxarılan zaman bəzi sənədlər vergi orqanına qaytarılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bu sənədlərdən biri fiziki şəxsin uçotu haqqında şəhadətnamədir.
Şəhadətnamə vergi orqanından götürülmüşdürsə, onun əsli geri təqdim edilir.
Sənəd itirildikdə bu barədə vergi orqanına məlumat verilməlidir.
Bəzi hallarda şəhadətnamənin təqdim edilməsi tələb olunmur.
Bu xüsusilə şəxsin vəfatı və ya məhkəmə qərarı ilə bağlı hallarda tətbiq olunur.
