Fiziki şəxslərin vergi uçotu üçün ərizələri müxtəlif üsullarla təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Ərizələr kağız daşıyıcısında təqdim edilə bilər.
Bu halda şəxs aidiyyəti vergi orqanına birbaşa müraciət edir.
Eyni zamanda ərizələrin poçt vasitəsilə göndərilməsi də mümkündür.
Vergi orqanı daxil olan sənədlərin düzgünlüyünü yoxlayır.
Bundan sonra məlumatlar proqram təminatına daxil edilir.
