Qanun əlilliyin erkən diaqnostikası və qarşısının alınması tədbirlərini əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Əlilliyi olan şəxslərin reabilitasiyası tibbi, psixoloji, pedaqoji və sosial tədbirlər sistemi vasitəsilə həyata keçirilir. Tibbi reabilitasiya orqanizmin funksiyalarının bərpasına yönəlir. Peşə-əmək reabilitasiya isə şəxsin yeni peşəyə uyğunlaşmasını təmin edir.