Yardım mərkəzlərində psixoloji reabilitasiya və korreksiya kursları təşkil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.

Zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün sənədlərin hazırlanmasında kömək göstərilir. Zəruri hallarda müvəqqəti sığınacaq təmin olunur. Ailələrdə normal həyat tərzinin bərpasına tədbirlər görülür.