Yaponiyanın şimal-şərq sahillərinin şərqində baş vermiş güclü zəlzələdən sonra maqnitudası 5,4-ə qədər olan azı altı afterşok qeydə alınıb.

Heftelik.az bu barədə Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir.

Zəlzələnin maqnitudası öncə, 7,4, sonar 7,5, daha sonar isə 7,7 qiymətləndirilib, Yaponiya sahillərini 3 m hündürlükdə sunaminin vuracağı proqnozlaşdırılıb.

Artıq bəzi ərazilərdə artıq sahilə hündürlüyü 80 sm-ə çatan dalğalar çatıb. Daha yüksək dalğaların baş vermə riski isə qalmaqdadır.

***

saat 13.58

Yaponiyanın şimal sahilləri yaxınlığında  7,4 maqnitudalı zəlzələ olub.

Heftelik.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yaponiyanın şimal sahilləri yaxınlığında güclü zəlzələ baş verib və Yaponiya Meteorologiya Agentliyi bölgədə sunami xəbərdarlığı elan edib.

Yerli vaxtla saat 16:53-də Yaponiyanın şimalında, Sanriku sahilləri yaxınlığında baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın NHK ictimai televiziyası bildirir ki, yaxın zamanda bölgəni hündürlüyü 3 metrə  çatan sunami dalğası vura bilər.