Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz “Qu gölü” baleti ifa olunub.
Heftelik.az xəbər verir ki, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Artyom Puqaçev Şahzadə Ziqfrid obrazını böyük ustalıq və məharətlə canlandırıb.
Klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət olub.
Odetta, Odiliya obrazını Balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova, Rotbart obrazını – Aleksandr Suldin, təlxək obrazını – Mir Aydın Abdullayev, Pa-de-trua – Nərgiz Abdullayeva, Liana Bernadina, Balet artistlərinin Q. Almaszadə adına I beynəlxalq müsabiqəsinin laureatı Timur Oduşev, balaca qu quşları Dinara Məmmədova, Nərgiz Abdullayeva, Səbinə Hacıdadaş, Leyla Narimanidze, böyük qu quşları – Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazını – Larisa Semyonova, hami obrazını isə İqor Kuznetsov ifa edibilər.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeysterləri – Marius Petipa, Lev İvanov, redaksiyası Aleksandr Qorskiy və SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadə, baletmeyster repititorları – Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçev, quruluşçu rəssamı Azərbaycan SSR – nin Əməkdar rəssamı Ənvər Almaszadə, konsertmeysteri Züleyxa Usubova, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçevdir.



























