Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı qızına məxsus “Areni HES” şirkətinin 39 341 səhmi (dəyəri 1.74 milyon ABŞ dolları), 864 min ABŞ dolları, təxminən 13 milyon dram və təxminən 5 min avro dövlətin xeyrinə müsadirə olunacaq.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Antikorrupsiya Məhkəməsi bu gün Serj Sarkisyanın qardaşı qızının qanunsuz mənşəli əmlakının müsadirəsi ilə bağlı prokurorluğun iddiasını qismən təmin edib.
