Bu Qanun Azərbaycan vətəndaşlarına, habelə ərazidə yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Qanun beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, bütün şəxslərə tətbiq olunur. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması üçün dövlət vəzifələri də qanunla müəyyən edilir. Qanun həmçinin strategiya və proqramların qəbul prosesinə onların fəal cəlb olunmasını nəzərdə tutur.