Əlilliyi olan şəxslərin iş yerləri Fərdi Reabilitasiya Proqramına uyğun təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
İş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məqsəd əlilliyi olan şəxslərin iş mühitində rahatlığını təmin etməkdir. İşçilərin məhsuldar və təhlükəsiz fəaliyyəti təmin edilir.
