Prokurorluq işçisinə irad tutma, töhmət və şiddətli töhmət tətbiq oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Aşağı vəzifəyə keçirmə və rütbənin aşağı salınması da intizam tədbirlərinə daxildir.
Vəzifədən azad etmə və prokurorluq orqanlarından xaric etmə ciddi intizam tənbehləridir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda rütbədən məhrum edilməklə çıxarılma tətbiq edilə bilər.