Prokurorluqda xüsusi rütbəsi olmayan vəzifələrdə mülki işçilər də çalışa bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Onların əmək münasibətləri “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir.
Dövlət qulluqçusu olmayan işçilər üçün isə başqa qaydalar tətbiq edilir.
Bu şəxslərin əmək münasibətləri əsasən Əmək Məcəlləsinə uyğun müəyyən olunur.