Arıçılıq məhsullarının və avadanlıqların idxal-ixracı qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Arı xəstəliklərinin yayılmasının qarşısını almaq üçün bəzi hallarda xarici avadanlıqların idxalı məhdudlaşdırıla bilər. Rayonlaşdırılmamış arı cinsləri isə yalnız elmi-tədqiqat məqsədləri üçün icazə ilə ölkəyə gətirilə bilər.
