Analoq və rəqəmsal taxoqraflar sürücülərin iş və istirahət dövrlərini, qət edilmiş məsafəni qeydə alır.

Heftelik.az-ın məlumatına görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda əksini tapıb.

Rəqəmsal taxoqraf kartları məlumatların saxlanmasını təmin edir. Sürücü, operator, nəzarətçi və emalatxana kartları taxoqraflardan məlumat yükləmək üçün istifadə olunur. Bu sistemlər nəqliyyat təhlükəsizliyi və qaydaların yerinə yetirilməsini təmin edir.