Dövlət əlilliyi olan şəxslərin ictimai, mədəni və təhsil həyatında iştirakını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

İnfrastruktur, yaşayış, mədəniyyət və idman obyektləri əlçatan edilir. Təhsil və reabilitasiya xidmətləri fərdi proqramlara uyğun təşkil olunur. Məqsəd əlilliyi olan şəxslərin cəmiyyətdə bərabərhüquqlu iştirakını təmin etməkdir.