Dövlət əlilliyi olan şəxslərin iş bazarında bərabərhüquqlu iştirakını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Kvota, təlim və iş yerlərinin uyğunlaşdırılması tədbirləri həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin iqtisadi müstəqilliyini təmin etməkdir. İşəgötürənlərin məsuliyyəti qanunla tənzimlənir.