İnzibati və məhkəmə icraatında əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərlə təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Qiraətçilər və surdo tərcüməçilər xidmət göstərir. Məqsəd onların ədalət mühakiməsində iştirakını təmin etməkdir. Hüquq prosedurlarına bərabər çıxış təmin edilir.
