Vergi ödəyiciləri uçot məlumatlarında dəyişiklik olduqda bunu vergi orqanına bildirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Vergi ödəyicisinin yaşadığı və ya fəaliyyət göstərdiyi yer dəyişdikdə ərizə təqdim edilməlidir.
Bu barədə məlumat 15 gün müddətində vergi orqanına bildirilməlidir.
Vergi orqanı həmin şəxsin yenidən uçota alınmasını həyata keçirir.
Bu zaman əvvəlki vergi orqanından uçotdan çıxarılma da aparılır.
Beləliklə vergi ödəyicisinin məlumatları yeni ünvana uyğun yenilənir.